Murad Dadaşov bıçaqlandı

Bakıda daha bir bıçaqlanma hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 19-da Murad Dadaşova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vuraraq hadisə yerindən qaçmış Şahin Sədiyarov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31