Narkotika alverilə məşğul olan mütəşəkkil dəstə ələ keçdi

Polis əməliyyat keçirib

Zaqatala polisi daha bir narkotika alveri ilə məşğul olan mütəşəkkil dəstəni yaxalayıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Zaqatala RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Göyəm kənd sakini Sərvər Qandaxovdan 3,6 qram marixuana götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitəni ona satmış Danaçı kənd sakini İbrahim Uğriyev, eləcə də İ.Uğriyevə narkotik vasitəni satmış həmkəndlisi Datuna Batiyaşvili tutulublar. D.Batiyaşvilinin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu, evindən isə 1 kiloqram 955 qram marixuana da aşkar edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31