Professorun oğlu ağır qəzada öldü
21 Avqust 2014 17:44 KriminalAzərbaycanda sabiq polis ağır yol qəzası törədib.Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə avqustun 20-də saat 07 radələrində Ağdaş rayonunun Abad kəndində qeydə alınıb. Bakı şəhər sakini Müşfiq Cəfərov idarə etdiyi "Hyundai" markalı avtomobili kanala aşırıb və o aldığı xəsarətdən hadisə yerində dünyasını dəyişib.APA-nın əldə etdiyi məlumata görə, qəzada dünyasını dəyişən M. Cəfərov sabiq polis mayorudur. O, fizika-riyaziyyat elmləri doktoru, professor İsgəndər Cəfərovun oğludur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31