Bakıda oteldə soyğunçuluq

Qadın Bakı şəhər sakininin 1000 avrosunu və telefonunu oğurladı

Bilgəh qəsəbəsində yerləşən oteldə Bakı şəhər sakini R.Məmmədovun pulunu və mobil telefonunu oğurlamış paytaxt sakini A.Sadıqova tutulub. ANS PRESS-in Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, avqustun 20-də Bilgəh qəsəbəsində yerləşən oteldə Bakı şəhər sakini Rasim Məmmədovun 1000 evrosu və mobil telefonu oğurlanıb. Sabunçu RPİ 14-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş paytaxt sakini Anastasiya Sadıqova tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31