Bakıda marketdə baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb
Bakıda bir həftə öncə marketdə baş verən silahlı insidentlə bağlı iki nəfər saxlanılıb
21 Avqust 2014 17:05 KriminalTrend-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 15-də Bakı şəhər sakini Kamil Abdullayevin döyülməsi və ona məxsus marketdə qaz tapançasından atəş açılması barədə verilmiş məlumatla əlaqədar Binəqədi RPİ-də cinayət işi başlanılıb. RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakinləri Cavidan Cəbrayılzadə və qardaşı Kamran tutulublar. C.Cəbrayılzadədən "Umarex" markalı qaz tapançası götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31