Bakıya çörəkpuluna gələn 19 yaşlı gəncin faciəsi
Oğlan 5-ci mərtəbədən yıxılaraq ölüb
21 Avqust 2014 12:18 KriminalÖtən gün saat 15:30 radələrində Bakının Səbail rayonu ərazisində ehtiyatsızlıqdan faciəvi hadisə baş verib. Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, hadisə yeni inşa olunan 8 mərtəbəli yaşayış binasında baş verib.Belə ki, həmin binanın tikintisində işləyən 19 yaşlı Pünhan Müslüm oğlu Musayev 5-ci mərtəbədən yıxılıb. Gənc hadisə yerində ölüb.İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31