19 yaşlı oğlan Bakıda yeni tikilən binada öldü
21 Avqust 2014 11:33 KriminalSabirabad rayon sakini Bakıda bədbəxt hadisə nəticəsində ölüb.Səbail Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Salyan yolu küçəsi-20 ünvanında qeydə alınıb.Sabirabad rayon sakini, 1995-ci il təvəllüdlü Pünhan Müslüm oğlu Musayev işlədiyi "Portos İnşaat" MMC-nin hazırda inşasını davam etdirdiyi 8-mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində təmizlik işləri apararkən ehtiyatsızlıqdan yıxılıb.P. Musayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31