Toydan sonra qanlı dava: əmisi oğlunu öldürdü

Masallıda əmioğulları arasında baş vermiş qətl hadisəsinin təfərrüatı məlum olub. Lent.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, qətlin şəxsi münasibətlər zəminində baş verdiyi bildirilir. "Şübhəli şəxs kimi tutulmuş Ramal Muradovun ifadəsində göstərildiyi kimi Zəbulla Muradov və onun qardaşının onun valideynlərinin ünvanına söyüşlər söyməsi olub", - deyə müstəntiq Elmar Əhmədli bildirib. Masallı rayon Prokurorluğundan verilən məlumata görə, mübahisə toy məclisindən sonda yaranıb. Mübahisə edənlərin hər üçü sərxoş vəziyyətdə olub. Hazırda Ramal Muradov şübhəli şəxs qismində tutulub. Onun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işi başlanıb.

Qeyd edək ki, dünən Masallının Xırmandalı kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir. Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib. Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31