Bakıda daha bir vəhhabi əməliyyatı: Təşkilat rəhbəri saxlanıldı
20 Avqust 2014 18:37 KriminalAzərbaycan hüquq-mühafizə orqanları vəhhabilərə yaxınlığı ilə tanınan beynəlxalq şirkətin Bakı ofisində əməliyyat keçirib. aznews.az-ın məlumatına görə, əməliyyat-axtarış tədbirləri mənzil-qərargahı Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay Əmirliyində yerləşən "Dar Al Ber" Humanitar təşkilatın Bakıda fəaliyyət göstətən ofisində həyata keçirilib.İki saata yaxın davam edən axtarışların sonunda ofisdə olan bəzi sənədlər və maddi sübutlar götürülüb. Bundan başqa ofisin əməkdaşları da saxlanılaraq, hüquq-mühafizə orqanına aparılıb.Əməliyyatın motivi barədə hələlik heç bir məlumat verilmir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31