Bakıda 12 yaşlı uşaq oğurluğa görə saxlanıldı

Bakıda azyaşlı uşaq oğurluq etdiyi üçün saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Yasamal RPİ 26-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 17-də Variant Qarayevin 600 manatını oğurlamış Bakı şəhər sakini, 12 yaşlı Z.A saxlanılıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31