Göyçayda ev külə döndü, ev sahibinin ata-anası evdə yandı

Göyçayda yanğın hadisəsi baş verib. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 19-da saat 02 radələrində Göyçay rayonunun Ulaşlı-Şıxlı kənd sakini Faiq Qocayevə məxsus 3 otaqlı evdə yanğın baş verib. Nəticədə bütövlükdə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanıq xəsarətləri almış F.Qocayevin atası Firudinə və anası Simuzərə xəstəxanada ilkin tibbi yardım göstərilib.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31