Binəqədidə yarımstansiya yandı
15 Avqust 2012 20:03 KriminalBu gün Bakı şəhərinin Binəqədi rayonu ərazisində yanğın hadisəsi baş verib. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 50 kvadrat metr olan 4 otaqdan ibarət yarımstansiyanın dam örtüyünün yanar konstruksiyaları, 1 otağının yanar konstruksiyaları 8 kvadrat metr sahədə və otaqda olan transformatorun yağı və sarğıları yanıb. Yarımstansiyanın qalan hissəsi və daxilində olan digər tranformatorlar yanğından mühafizə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31