Bakı-Şamaxı yolunda ağır qəza: ölən və yaralananlar var

Bu gün saat 18 radələrində Bakı-Şamaxı yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, Ceyrankeçməz çayı üzərindəki körpü yaxınlığında baş vermiş qəzada bir neçə avtomobil toqquşub.  90 DP 404 nömrəli "Hyundai", 45 BB 162 nömrə nişanlı "VAZ 21407" və 90 HU 877 dövlət qeydiyyat nişanlı "Kia"nın toqquşması nəticəsində ölən və xəsarət alanlar var. Hadisə yerinə xilasedicilər və hüquq-mühafizə orqanlarının nümayəndələri yollanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31