Əmioğulları arasında qanlı dava: ölən və yaralanan var

Masallıda qətl hadisəsi baş verib

Masallı Rayon Prokurorluğunun müstəntiqi Elmar Əhmədlinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə ötən gecə saat 23.00 radələrində rayonun Xırmandalı kəndində qeydə alınıb.Kənd sakini, 1987-ci il təvəllüdlü Ramal Şirməmməd oğlu Muradov şəxsi münaqişə zəminində əmisi oğlanları - 1988-ci il təvəllüdlü Zəbulla və 1991-ci il təvəllüdlü Samin Əmirzadə oğlu Muradov qardaşlarına bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.Xəstəxanaya yerləşdirilmiş Z. Muradovu xilas etmək mümkün olmayıb. S. Muradovun vəziyyəti isə orta-ağır qiymətləndirilir.Hadisəni törətmiş R. Muradov yaxalanaraq istintaq orqanlarına təhvil verilib.Faktla bağlı Masallı Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31