Oğrular 1 milyonluq bankomatı apardı
15 Avqust 2012 19:10 KriminalMoskvada bankomat 10 nəfərdən ibarət mütəşəkkil dəstə tərəfindən oğurlanıb. "OLAYLAR"ın Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, hadisə Moskva küçələrinin birində baş verib. 10 nəfərdən ibarət mütəşəkkil cinayətkar dəstə bankomat olan əraziyə daxil olaraq mühafizəçiyə ağır xəsarət yetirib. Mühafizəçinin başından ağır metal alətlə vuran dəstə üzvləri sonra içəri daxil olaraq içərisində 1 milyon rubl olan bankomatı oğurlayıb. Oğrular hadisə zamanı tibbi maskalardan istifadə ediblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31