Polis körpəni oğurlayan qadının izinə düşüb
19 Avqust 2014 23:44 KriminalPolis iki aylıq körpəni oğurlayan qadının izinə düşübSumqayıt şəhər polis idarəsindən ANS TV-ə verilən məlumata görə, Təhlükəsiz Şəhər İdarəsi vasitəsilə həmin qadının ayrı-ayrı nöqtələrdə yeni görüntüləri müəyyən edilib. Lakin uşaq oğrusunu saxlamaq mümkün olmayıb.Oğurlanan körpənin babası hadisənin təfərrüatları barədə ANS-ə danışıb. Avqustun 13-də həmin qadın Aysel Əhmədovanın evinə gələrək özünü Humanitar Fondun əməkdaşı kimi təqdim edib və ona kömək edəcəyi vədi verib. Artıq bir həftədir ki, körpədən xəbər yoxdur. Polis orta bədən quruluşlu, sarışın 40-45 yaşlı bu qadının axtarışları üçün səfərbər olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31