Ombudsman Aparatının əməkdaşları 2 saylı İstintaq Təcridxanasında araşdırma aparıblar
19 Avqust 2014 18:45 KriminalGəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü əsasında 11 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş Ərşad İbrahimovun Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanma şəraiti ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovaya müraciəti Ombudsmanın Gəncə Regional Mərkəzinin əməkdaşları tərəfindən yerində araşdırılıb. Ombudsman Aparatından "OLAYLAR"a daxil olan məlumatda bildirilir ki, saxlanılan şəxslə təkbətək görüş zamanı o, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında əvvəl saxlandığı kamerada sıxlıq olduğundan və səhhətindəki problemlə bağlı hava çatışmazlığı ilə bağlı qaldırdığı məsələnin artıq müəssisə rəhbərliyi tərəfindən müsbət həll edilərək, kamerasının dəyişdirildiyini bildirib.
Ə.İbrahimov hazırda heç bir probleminin olmadığını, saxlanıldığı kamerada şəraitin normal olduğunu, təcridxananın ümumi şəraitindən və əməkdaşların ona qarşı rəftarından heç bir narazılığının olmadığını söyləyib.