Tibb bacısını kütləvi şəkildə zorladılar
Bu hadisə sonradan Hindistanda etirazlara səbəb olub
19 Avqust 2014 17:46 KriminalHindistanda beşulduzlu otellərin birində kütləvi şəkildə zorlama hadisəsi baş verib. ANS PRESS-in "india.com" saytına istinadən verdiyi məlumata görə. Hadisə Dehlidə baş verib. Belə ki, otelin tibbi xidmətində işləyən bir tibb bacısı otaqların birində hücuma məruz qalıb. Tibb bacısı otağa tibbi yardım üçün çağırılıb. Qadın otağa girən zamanı ona bir neçə kişi hücum edib. Qadın qışqırsa da, onun köməyinə gələn olmayıb. Tibbi bacısını zorlayanlar sonradan oteldən qaçıblar. Polis onları axtarır. Bu hadisə sonradan Hindistanda etirazlara səbəb olub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31