Sirkə turşusu ilə həyatlarına son verənlər
19 Avqust 2014 16:58 KriminalBu ilin may ayından indiyə kimi 3 nəfər sirkə turşusu içərək həyatına son verib. Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin rəhbəri Azər Maqsudov "OLAYLAR"a bildirdi ki, iyul-avqust aylarında sirkə turşusu içdiyinə görə mərkəzə 6 nəfər müraciət edib. Onlardan biri avqustun 18-də dünyasını dəyişib. Sirkə turşusundan dünyasını dəyişən 38 yaşlı kişi olub. A.Maqsudov bildirdi ki, nə həkimlər, nə də ailəsi onun bu addımı niyə atdığını bilmirlər. Hazırda iş prokurorluqdadır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31