4 nəfər çimərkən boğulub öldü
19 Avqust 2014 16:07 KriminalBir gündə daha 4 nəfər suda boğulub. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 17-də Bakı şəhər sakini Elşad Alməmmədov Pirşağı çimərliyində, avqustun 18-də Bərdə rayon sakini Miryaqub Qarazadə Ağcabədi rayonunun Qaravəlli kəndində Yuxarı Qarabağ kanalında çimərkən, Quba rayonunun Qaraçay kənd sakini Həzrət Səlimov kənddəki göldə çimərkən, Quba şəhər sakini Əliağa Əliyev Xaçmaz rayonu Muxtadır qəsəbəsində dənizdə çimərkən suda boğulublar.
Onların meyitləri çıxarılmışdır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31