Bir gündə 3 piyadanı maşın vurub öldürdü
19 Avqust 2014 16:06 KriminalAzərbaycanda bir gündə 3 nəfər piyadanı maşın vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, avqustun 18-də saat 20 radələrində Şamaxı şəhərinin ərazisində İsmayıllı şəhər sakini Bulud Tapdıqov idarə etdiyi "KamAZ" markalı avtomobillə yolu keçən şəhər sakini Teyyub Dəmirovu vurub. Piyada hadisə yerində ölüb. Avqustun 18-də saat 22 radələrində Hacıqabul rayonunun Muğan qəsəbəsində qəsəbə sakini Ağanur Həsənov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə yolu keçən həmyerlisi Nahid Əmiraslanovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda ölüb. Həmin gün saat 21 radələrində Hacıqabul rayonunun Padar kəndində Ağstafa rayon sakini Əkbər Dünyamalıyev idarə etdiyi "Ford Tranzit" markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Əli Həsənovu vurub. Piyada hadisə yerində ölüb. Hər üç faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.