Sanatoriya binasında yanğın
Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb
19 Avqust 2014 14:14 KriminalAbşeronda sanatoriya binasında yanğın olub.ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Abşeron rayonunda dördmərtəbəli sanatoriya binasının üçüncü mərtəbəsində ümumi sahəsi 30 kv.m olan otağın yanar konstruksiyaları və içərisindəki əşyalar yanıb.Qonşu otaqlar yanğından mühafizə olunub.Yanğın səhər saatlarında yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31