Toy gecəsi başqası ilə yatan arvadını yandırdı
bədəninin 80 faizi yanmış 27 yaşlı qadın xəstəxanada vəfat edib
19 Avqust 2014 11:57 Kriminal30 yaşlı sərhoş bəy toy gecəsi həyat yoldaşını yandırdığına görə saxlanılıb.ANS PRESS-in məlumatına görə, qadını xəyanətdə ittiham edən bəy inanılmaz cinayət törədib. Hadisə avqust ayının 16-ı Rusiyanın Volqoqrad vilayətində baş verib. Polis əməkdaşları bildiriblər ki, Volqoqraddan Kirovskiy rayonda yerləşən xəstəxanaya bədəninin 80 faizi yanmış 27 yaşlı qadın gətirilib. Zərərçəkmiş həkimlərin səylərinə baxmayaraq vəfat edib.Məlum olub ki, həmin gün cütlük yaxınlarını ətraflarına toplayıb toy keçirdiblər. Şənlik zamanı bundan öncə də qətlə görə həbs edilmiş bəy arvadını xəyanətdə ittiham edib. Bundan sonra qadının üzərinə spirt töküb daha sonra yandırıb.Toydan dərhal sonra sərxoş vəziyyətdə olan bəy yatıb. Bəyin bu hərəkəti yeni gəlinin xoşuna gəlməyib. Bu səbəbdən də gecəni başqa bir kişinin yanında keçirib. Geri qayıdanda isə hər şeyi ərinə danışıb. Bu isə artıq yuxudan ayılmış əri qəzəbləndirib. 30 yaşlı kişiyə 15 il müddətində həbs cəzası verilib.