Azərbaycan daha bir əsgərini itirdi
Əsgərimiz avtomatdan açılan atəşdən ölüb
19 Avqust 2014 11:27 KriminalAzərbaycanda daha bir əsgər ölümü olub.APA-nın məlumatına görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Mühafizə Alayında qeydə alınıb. Əsgər Təhməzli Fərid Aslan oğlu tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Hadisənin hansı şəraitdə baş verməsi hələlik məlum deyil.Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31