Daha bir gənc Qubada boğuldu

Qubada ötən gün axşam saatlarında 19 yaşlı gənc göldə çimərkən boğulub

Fövqəladə Hallar Nazirliyinin (FHN) verdiyi xəbərə görə, Quba rayonu, Qaraçay kəndində göldə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 85 km aralıda nəzarətsiz ərazidə) 1995-ci il təvəllüdlü Həzrət Nadir oğlu Səlimov çimərkən batıb. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlayıb. H. Səlimovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.  

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31