Kürdəmirdə faciə, azyaşlını həyətdə tok vurub öldürdü

Kürdəmirdə azyaşlı uşağı tok vurub öldürüb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə avqustun 16-da Kürdəmir rayonunun Muradxan kəndində baş verib.  Kənd sakini, azyaşlı Mehralı Dünyamalıyev yaşadığı evin həyətində elektrik cəryanı vurması nəticəsində ölüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31