Diskotekada baş vermiş qətlin TƏFƏRRÜATI

Avqustun 16-da Bakıda diskotekada qətllə bitən davanın  təfərrüatı bəlli olub. Lent.az-ın vesti.az-a istinadən məlumatına görə, istintaq nəticəsində bəlli olub ki, dava qız üstündə düşüb. Davada öldürülən Böyükağa Əliyev diskotekada tanımadığı qıza sataşıb. Bunu görən qızın sevgilisi Xəyal isə tanışı İbrahimə zəng edib və B. Əliyevi davaya çağırıb.Xəyalın tanışı, əvvəllər xuliqanlığa görə məhkum olunmuş İbrahimin soyadı istintaqın  marağından gizli saxlanılır. Onu da qeyd edək ki, İbrahim kriminal aləmdə avtoritet kimi tanınır.  Xəyal da məhz buna görə kömək üçün İbrahimə müraciət edib.Faktla bağlı cinayət işi açılsa da, qətldə şübhəli bilinən şəxs hələ tutulmayıb.Qeyd edək ki, İbrahim həbsdən çıxandan sonra Sumqayıtda qohumugildə yaşayır. Heç yerdə işləmir. Onun Binəqədidə gizləndiyi ehtimal edilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31