Bakıda gənc oğlan sərxoş halda dənizdə batdı

Bakıda sərxoş gənc dənizdə batıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumatına görə, 17 avqust 2014-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonunda dənizdə ("Fatmayi" sularda xilasetmə məntəqəsindən, təxminən, 900 m məsafədə, nəzarət olunmayan ərazidə) sərxoş halda batmış 1993-cü il təvəllüdlü Elşən İmamverdi oğlu Əliməmmədovun axtarışları başa çatıb. E.Əliməmmədovun cəsədi Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 09:55-də başa çatıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31