Ayaqqabı dabanında 5,458 qram tiryək çıxdı
15 Avqust 2012 17:15 KriminalBiləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı Məzahir Abdullayev saxlanılaraq onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, baxəş zamanı M.Abdullayevin üzərindən, ayağına geydiyi ayaqqabılarının sol tayının dabanında, gömrük nəzarətindən gizlədilmiş cəmi 6 ədəd bükümdə, ümumi xalis çəkisi 5,458 qram tiryək aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31