Ər arvadını toy gecəsi diri-diri yandırdı

Xəyanətinə görə

Toy gecəsi bəy cavan həyat yoldaşını xəyanətə görə diri-diri yandırıb. Qadın əri yuxuya dalan kimi ilk birgə gecələrində ərinə başqa kişi ilə xəyanət edib. Qeyd olunur ki, yeni ailə quranlar çox sadə toy keçirib və mərasim bitdikdən sonra yorğun ər yatmaq qərarına gəlib. "OLAYLAR"ın "Zvezda" telekanalına istinadən verdiyi məlumata görə, ərinin bu hərəkətinə cavab olaraq gəlin öz məşuqunun yanına gedib. Evə dönən gəlin ərinə xəyanət etdiyini etiraf edib.
Qəzəblənən ər qadının üzərinə spirt tökərək yandırıb. Gəlin 80 faiz yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31