Gürcüstandan qaçaqmal you ilə mobil telefon keçirilməsinin qarşısı alınıb

"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycana gələn Azərbaycan vətəndaşı Nadir Abdullayevin idarə etdiyi "VAZ-21074" markalı minik avtomobilinə gömrük nəzarəti həyata keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə,  sənədlərə baxış zamanı nəqliyyat vasitəsinin Azərbaycan vətəndaşı Elviz Qurbanov tərəfindən Gürcüstan istiqamətində aparıldığı və Nadir Abdullayevin isə həmin avtomobili idarə etmək hüququnu təsdiq edən sənədinin olmadığı müəyyən edilib. Bundan başqa, yoxlama zamanı nəqliyyat vasitəsindən müxtəlif markalı, cəmi 82 ədəd mobil telefon və müxtəlif mobil telefonlara aid aksesuarlar - 160 ədəd akkumlyator, 183 ədəd qidalandırma cihazı, 184 ədəd qulaqcıq və 17 ədəd karton qutu aşkar edilib. Həmçinin nəqliyyat vasitəsinin salonunda 2 ədəd kustar üsulla hazırlanmış 35BD444 nömrə nişanı gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31