Bakıda gecə dəhşəti
Ağır qəzada 6 nəfər yaralandı, bir nəfər isə dünyasını dəyişdi
18 Avqust 2014 12:23 KriminalBu gecə saat 00:28 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə "Qismət" şadlıq sarayının yaxınlığında qeydə alınıb.Qəza zamanı 6 nəfər ağır yaralanıb, bir nəfər isə hadisə yerində keçinib.Yaralılar 46 yaşlı Aybəniz Ələkbərova, 25 yaşlı Tural İbrahimov, 2 aylıq Xədicə Qasımova, 22 yaşlı Aidə İbrahimova, 3 yaşlı Namiq İbrahimov, 28 Kəmalə Qasımova ağır yaralanıblar.Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31