Çay qutusundan qızıl-zinət əşyaları çıxdı
15 Avqust 2012 17:08 Kriminal"Sınıq Körpü" gömrük postunda Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşı Emin Əliyevin etibarnamə ilə idarə etdiyi "Mercedes Benz E240" markalı minik avtomobilinə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən "Olaylar"a verilən məlumata görə, gömrük nəzarəti həyata keçirilən zaman həmin nəqliyyat vasitəsinin salonunda çay qutusunun içindən qızıl-zinət əşyaları - 2 ədəd boyunbağı, 2 ədəd qolbaqı, 3 ədəd üzük və 2 cüt sırğa gömrük nəzarətinə bəyan olunmamış şəkildə aşkar edilərək götürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31