Bakıda şadlıq evində güclü partlayış: yaralılar var

Hadisə Nizami rayonunda qeydə alınıb

Bu gün partlayış baş verən Bakının Nizami rayonu ərazisindəki şadlıq evinin adı məlum olub. Lent.az-ın əldə etdiyi məlumata görə, 2 nəfərin xəsarət alması ilə nəticələnən olay B.Çobanzadə küçəsi 23 ünvanındakı "Sultan" şadlıq evində qeydə alınıb.

***

Bu gün Bakı şəhərində yerləşən şadlıq evlərindən birində güclü partlayış olub. Lent.az-n Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus şadlıq evinin ərazisində məişət qaz balonunda partlayış baş verib. Nəticədə ərazidə 2 kv.m sahədə taxta qırıntıları yanıb. Partlayış zamanı ərazidə olan 2 nəfər işçi müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Hər birinin həcmi 50 litr olmaqla 4 ədəd məişət qaz balonu və tikililər yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 14:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31