Bir gündə daha iki nəfər dənizdə batdı

 Azərbaycanda daha iki nəfər dənizdə batıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. "OLAYLLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə,  avqustun 14-də Bakı şəhər sakini Əbülfət Məmmədov Pirşağı qəsəbəsinin dəniz çimərliyində, Xaçmaz rayon sakini Xəzər Fətəliyev Muxtadır kəndinin dəniz çimərliyində suda boğulublar. Onların meyitləri sudan çıxarılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31