Bakıda usta iş başında öldü
Hadisə Zabrat qəsəbəsində baş verib
15 Avqust 2014 16:03 KriminalÖtən gün Bakıda faciəvi hadisə baş verib. Anspress-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Zabrat qəsəbəsində baş verib. Belə ki, avqustun 14-də Füzuli rayon sakini Zülfüqar Şirinov Sabunçu rayonu Zabrat qəsəbəsində usta işlədiyi evdə hasardan yıxılıb. Ağır yaralanan Zülfüqar Şirinov xəstəxanaya yerləşdirilib. Lakin həkimlər Zülfüqar Şirinovun həyatını xilas edə bilməyiblər. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31