Bakıda istirahət mərkəzində cinayət
Basqın zamanı paltar dəyişmə otağında 340 manat oğurlanıb
15 Avqust 2014 12:53 KriminalBakının Xəzər rayonu ərazisində, Mərdəkan qəsəbəsində yerləşən istirahət mərkəzlərinin birində cinayət baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, istirahət mərkəzinin paltardəyişmə otağından oğurluq olub. Paltar dəyişmə otağında Həsən Babayevin əl çantasından 340 manat oğurlanıb. Məlumat daxil olan kimi Xəzər rayon Polis İdarəsi 1-ci polis bölməsinin əməkdaşları əməliyyat keçirib. Keçirilmiş əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Rüfət Kazımzadə tutulub. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31