Bu gecə iki dəhşət yaşandı
Azərbaycanın müxtəlif bölgəsində iki intihar hadisəsi baş verib
15 Avqust 2014 12:17 KriminalBu gecə Azərbaycanın müstəlif bölgəsində iki intihar hadisəsi baş verib. "Olaylar"ın Anspress-ə istinadən məlumatına görə, Gədəbəydə 19 yaşlı gənc intihar edib. Bu gecə Gədəbəy rayonunun Çaldaş kənd sakini 19 yaşlı İlkin Müqabil oğli Zeynalov yaşadığı evin zirzəmisində asılmış halda tapılıb. Digər oxşar hadisə Ağsu rayonunda olub. Rayonun Bozavand kəndində yaşayan 23 yaşlı Lalə Ayəddin qızı Lətifova asılmış halda tapılıb. İlkin ehtimala görə, hər iki gənc intihar edib. Hər iki fakta görə cinayət işi başlanıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31