Bakıda mikroavtobusla minik maşını toqquşub, xəsarət alan var - FOTO
15 Avqust 2014 09:53 KriminalBakının Yasamal rayonunda sərnişinin xəsarət alması ilə nəticələnən qəza baş verib.APA-nın məlumatına görə, qəza Nərimanov heykəlinin yaxınlığında baş verib.Gürcüstan vətəndaşı Daşqın Tanrıverdiyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobusla, Sənan Mütəllimovun idarə etdiyi eyni markalı minik avtomobili toqquşub. Nəticədə minik maşınında olan xanım sərnişin xəsarət alıb. Əraziyə təcili yardım çağırılıb. Eyni zamanda hadisə yerinə Dövlət Yol Polisinin Yasamal Rayon Şöbəsinin əməkdaşları gəliblər.İlkin araşdırma zamanı məlum olub ki, qəzaya mikroavtobusun sürücüsü səbəb olub. O əvvəlcə dairə yol nişanının tələbini pozub. Daha sonra qarşı yola çıxaraq minik avtomobili ilə toqquşub.Hər iki avtomobil evakuator vasitəsi ilə ərazidən uzaqlaşdırılıb. Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.