ŞOK: Azərbaycanda 2 aylıq uşaq oğurlanıb

Sumqayıt sakininin 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb.Azərbaycanda uşaq oğurluğu faktı qeydə alınıb.APA-nın məlumatına görə, hadisə avqustun 13-də Sumqayıt şəhərində baş verib.Sumqayıt şəhəri, 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum şəraitdə oğurlanıb. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları məlumatlandırılıb.Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, daxil olan məlumat əsasında ananın izahatı alınıb.Hazırda uşağın tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31