Ölüm gəzdirən taksi sürücüsü

Bərdə polisi narkotik bitki becərən şəxsi yaxalayıb

Bərdə polisi narkotik bitki becərən şəxsi yaxalayıb. ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, bu xüsusi avtomobililə taksi fəaliyyəti göstərən Bərdənin Qaradağlı kənd sakini 32 yaşlı Cavanşir Hüseynovdur. Polis tərəfindən saxlanılan şəxs narkotik bitkini özünün istifadəsi üçün əkdiyini deyir. Cavanşir Hüseynovun sözlərinə görə, bu işlə cəmi iki ay olar ki, məşğuldur. Bərdə rayon polis şöbəsindən bildirdilər ki, şübhəli şəxs qismində saxlanılan Cavanşir Hüseynov narkotik bitkini xüsusi aqrotexniki qaydalarla qulluq edərək həyətyanı sahəsindəki yarımçıq tikilinin içərisində becərib. Polis tərəfindən aşkar edilərək götürülən 135 ədəd narkotik bitki kollarının ümumi çəkisi 1 kq 25 qramdır.

Qeyd edək ki, saxlanılan şəxsin əvvəllər məhkumluğu olmayıb. Hazırda polis narkotik vasitənin hansı məqsədlə becərilməsinin səbəblərini araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31