Gəncədə daha bir toqquşma, iki nəfər xəstəxanaya yerləşdirildi

Gəncə şəhərində daha bir yol qəzası baş verib. "OLAYLAR"ın məlumatına görə, hadisə avqustun 14-də saat 12:00 radələrində baş verib. Hadisə şəhərin Cavad Xan küçəsində qeydə alınıb. Göygöl rayon sakini 27 yaşlı Raqif Əliyev idarə etdiyi Vaz 21011 marakl avtomobillə küçə ilə hərəkətdə olarkən Gəncə sakini 34 yaşlı Ülvi Ələkbərovun idarə etdiyi Opel markalı minik maşını ilə toquşub. Qəza nəticəsində Vaz 21011 sürücüsü və onun sərnişini həmyerlisi olan Araz Qurbanov müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər təcili tibbi yardım xəstəxanasının travmatologiya şöbəsinə yerləşdilib. Xəstəxandan verilən məlumata görə hər iki yaralının vəziyyəti orta ağır olaraq qalır.
İlkin etimala görə qəzaya səbəb yüksək sürət olub. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparlır. Qəzanın dəqiq səbəbələri aparılacaq avtotexniki ekispertizanın rəyindən sonra bəli olacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31