Gəncədə qadının öldütrüb yandıran qatillər yaxalandı
14 Avqust 2014 17:55 KriminalRespublikanın daxili işlər və prokurorluq orqanları əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində bu il fevralın 20-də Gəncə şəhərində xüsusi amansızlıqla törədilən qətlin üstü açılıb. Bu barədə "OLAYLAR"a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, məlum olub ki, Gəncə şəhər sakini Maral İsmayılzadəni yaşadığı mənzildə Gəncə şəhər sakinləri Arzu Quliyev və Yusif Əliyev qətlə yetirib. Aparılan istintaqla müəyyən edilib ki, A. Quliyev və Y. Əliyev qabaqcadan cinayət əlaqəsinə girərək özləri ilə maska, əlcək, yapışqanlı lent və armatur parçası götürüb, imkanlı şəxs kimi tanıdıqları Maral İsmayılzadənin yaşadığı evə gəlib, ev sahibəsinə qarşı zor tətbiq etməklə pul və qızıl-zinət əşyalarını verməsini tələb ediblər. M. İsmayılzadə qiymətli əşyalarının olmadığını, pulların isə bankda olduğunu bildirdikdə, onlar mənzili axtarsalar da, istədiklərini tapa bilməyiblər. Törətdikləri cinayətin izlərini gizlətmək məqsədi ilə A. Quliyev və Y. Əliyev ev sahibəsi qətlə yetirib və üzərinə neft məhlulu tökərək yandırdıqdan sonra evi tərk ediblər. İstintaq zamanı o da müəyyən edilib ki, A. Quliyev 2014-cü ilin mart-avqust aylarında özünə məxsus həyətyanı sahədə narkotik tərkibli bitkilərin əkilib-becərilməsi ilə də məşğul olub. Onun yaşadığı evin həyətinə baxış zamanı oradan kultivasiya yolu ilə yetişdirilən, ümumi çəkisi 633 kiloqram 300 qram olan 108 ədəd çətənə kolları aşkar edilərək götürülüb. Hazırda iş üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq tədbirləri davam etdirilir.