Prokuror köməkçisi saxlanılıb
14 Avqust 2014 15:00 Kriminal"OLAYLAR"ın "Lifenews"a istinadən verdiyi məlumata görə, Mahaçkala şəhər prokurorunun köməkçisi Fərid Xanəmirov kafelərin birində baş vermiş insidentə görə saxlanılıb. Belə ki, dava nəticəsində kafenin müştərilərindən biri ayaq və boyun nahiyəsindən odlu silahdan açılan atəş nəticəsində yaralanıb. F.Xanəmirov dindirilərkən onun üzərindən "Makarov" tipli tapança və 5 patron aşkar edilib. Saxlanılan barədə "Qeyri-qanuni silah dövriyyəsi" və "Sui-qəsdə cəhd" maddələri ilə cinayət işi açılıb.
İlkin məlimata görə, dava Yaraq-Kazmalyar kəndi yaxınlığındakı "Dağıstan" kafesində baş verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31