Azərbaycanda müəllim 9-cu sinif şagirdini zorladı

Zorlamaqda günahlandırılan müəllim ölkədən qaçmaq istəyərkən tutulub

Azərbaycanda müəllim orta məktəb şagirdini zorlamaqda ittiham olur. "Olaylar"ın Apa-ya istinadən məlumatına görə, hadisə Ağstafa rayonu, Dağ Kəsəmənli kəndinə qeydə alınıb. Kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub. Daxil olan məlumat əsasında polis araşdırmalar başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib. Ağstafa rayon polis şöbəsinin müstəntiqi Amil Tağıyev açıqlamasında R. Korovun Rusiyaya keçmək istəyərkən sərhəddə tutulduğunu bildirib: "Biz zərərçəkən tərəfin ifadəsini almışıq. Hadisədə adı hallanan Rüstəm Korov isə Azərbaycanda qaçmaq istəyərkən tutulub və yaxın saatlarda polis şöbəsinə gətiriləcək. Onun da ifadəsi alındıqdan və üzləşmə keçirildikdən sonra hadisəyə hüquqi qiymət veriləcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31