Bakıda marşrut avtobusu aşıb, iki nəfər ölüb, bir neçə sərnişin xəsarət alıb

Bakıda baş verən avtobus qəzasında xəsarət alananların adları məlum olub.3 saylı Şəhər Klinik Xəstəxanasından APA-ya verilən məlumata görə, qəza nəticəsində avtobusda olan sərnişinlərdən 52 yaşlı Dilarə Alagözova, 27 yaşlı Roman Hacıyev, 21 yaşlı Ayşən Eminova, 43 yaşlı İlahə Babayeva, 19 yaşlı Fuad Kazımov və 17 yaşlı Cəmilə Şükürlü müxtəlif xəsarətlərlə xəstəxanaya daxil olublar.Qəza nəticəsində yaralananlardan daha bir nəfər, naməlum kişi xəstəxanada dünyasını dəyişib.Bununla da qəzada ölənlərin sayı ikiyə çatıb.


 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31