Məmurları qətl edən dəstə saxlanıldı
Onlar polis və yüksək rütbəli məmurların ölümündə təqsirli bilirlər
14 Avqust 2014 09:58 KriminalMoskva polisi xüsusi əməliyyat nəticəsində məmurların qanına susamış, sifarişli qətlləri yerinə yetirən cinayətkar dəstəni yaxalaya bilib.ANS PRESS-in məlumatına görə, xüsusi əməliyyat zamanı cinayətkarlar zərərsizləşdirilib. Hüquq Mühafizə orqanları bildirir ki, 30 nəfərlik dəstəyə başçılıq Moskva və Şimali Osetiyada fəaliyyət göstərən gürcü əsilli vətəndaş olub. Xüsusi əməliyyat DİN, FTX və istintaq komitəsinin iştirakı ilə baş tutub.Şübhəlilərin gizləndiyi evdə axtarış aparılarkən silah anbarı aşkar olunub. Burada müxtəlif çaplı tapança-pulemyotlar, avtomatlar, minalar, qumbaralar, polis və hərbi məmurların forma dəstləri aşkarlanıb.Qeyd edək ki, saxlanılan dəstə 2008-ci ildə Vladiqafqaz Merinin, polis və yüksək rütbəli məmurların ölümündə təqsirli bilirlər.