Azərbaycanda aparıcıya 3 illik həbs
13 Avqust 2014 12:57 KriminalSpace TV-də yayımlanan "Hava haqqında məlumat" verilişindən tanıdığımız, hazırda isə ATV kanalında yayımlanan "Aydın səs"in aparıcısı Tunay Əliyevanın adı cinayətdə hallanır. "Qafqazinfo"ya daxil olan məlumata görə, Tunay Əliyeva təxminən bir il əvvəl idarə etdiyi avtomobillə adam vurub. Belə ki, Yasamal rayonunda xanım aparıcının idarə etdiyi avtomobilinin qarşısına qəfildən sərxoş kişi çıxıb. İdarəetməni itirən aparıcı piyadanı vurub, o isə hadisə yerində keçinib. Faktla bağlı cinayət işi açılıb, məhkəmə teleaparıcıya 3 illik icbari həbs qərarı verib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31