Bakıdakı dəhşətli qəzada ölənlərin sayı 4-ə çatdı

Hadisə Maştağada baş verib

Bakıda baş vermiş dəhşətli qəzada ölənlərin sayı 4-ə çatıb. 3 Saylı Şəhər Klinik Xəstəxanasından Lent.az-a verilən məlumata görə, Maştağa qəsəbəsində gecə saatlarında baş vermiş ağır qəzada yaralanan Məmmədov Musa Tahir oğlu və Əsgərov Mircəfər Seyidaslan oğlu xəstəxanada keçinib. Hər iki şəxs "KamAZ"a çırpılan "VAZ 2107"-nin sərnişini olub. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə iş başlanılıb. Araşdırmalar aparılır.






 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31