Polis zabitinin gəlini niyə intihar edib? - Təfərrüat

Bakıda özünü 9-cu mərtəbədən ataraq intihar edən 24 yaşlı qızın ölüm səbəbi məlum olub. "Qafqazinfo"nun məlumatına görə, Kifayət Cəbrayılovanın Nizami RPİ-nin 25-ci Polis Bölməsinin sahə müvəkkili Ədalət Hüseynovun gəlini olduğu məlum olub.İntihar edən gəlinin bir neçə ay əvvəl ailə həyatı qurduğu bildirilir. Kifayət Cəbrayılovanın intiharında ilkin versiya kimi təzə gəlinin həyat yoldaşının ona xəyanət etməsi göstərilir. Buna dözməyən Kifayət çıxış yolunu intiharda görür və özünü 9-cu mərtəbədən atır.Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31